...

Misir Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır

Siyasət Materials 28 Mart 2016 16:11 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfiri Turazl Rzayev bu ölkənin xarici işlər naziri Samih Şukri ilə görüşüb.
Misir Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır

Bakı. Trend:

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev bu ölkənin xarici işlər naziri Samih Şukri ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın Misirdə yeni səfiri təyin olunması ilə bağlı etimadnamənin surətini təqdim edən T.Rzayev iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində bütün səylərini səfərbər edəcəyini qeyd edərək, beynəlxalq təşkilatlarda Misir tərəfinin Azərbaycana verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

S.Şukri, öz növbəsində, ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu, bu əlaqələrin daha da gücləndirilməsinin və dərinləşdirilməsinin vacibliyini vurğulayıb və T.Rzayevə gələcək fəaliyyətində uğurlar diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti