...

Səfir: ABŞ bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Siyasət Materials 6 Aprel 2016 15:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona səfəri iki ölkənin münasibətlərində tərəqqini möhkəmləndirdi.
Səfir: ABŞ bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bakı. Maksim Tsurkov, Yelena Kosolapova - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona səfəri iki ölkənin münasibətlərində tərəqqini möhkəmləndirdi. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, bu səfər və Prezident İlham Əliyevin ABŞ-ın ali rəhbərliyi ilə görüşlərinin yekunu üzrə Vaşinqtondan bəyanat müsbət olub.

Diplomatın sözlərinə görə, bu, irəliyə doğru müsbət addımdır: "Bu görüşlər gələcək əməkdaşlıq üçün müsbət şərait yaratdı".

R.Sekuta əlavə edib ki, ABŞ bütün sahələrdə, o cümlədən təhlükəsizlik, iqtisadiyyat, energetika, demokratiya və insan haqları sahələrində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır: "Bundan başqa, ABŞ Azərbaycanın rifahının artması və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə rəsmi Bakı ilə birgə işləməkdə maraqlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti