...

Millət vəkili İordaniyanın baş naziri ilə görüşdə Qarabağ problemindən danışıb

Siyasət Materials 8 May 2016 12:48 (UTC +04:00)
İordaniyanın paytaxtı Ammanda millət vəkili Qənirə Paşayeva İordaniyanın baş naziri Abdullah Ensourla görüşüb.
Millət vəkili İordaniyanın baş naziri ilə görüşdə Qarabağ problemindən danışıb

Bakı. Trend:

İordaniyanın paytaxtı Ammanda millət vəkili Qənirə Paşayeva İordaniyanın baş naziri Abdullah Ensourla görüşüb.

Trend-in məlumatında görə, görüş zamanı Q.Paşayeva bildirib ki, İordaniya Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı İordaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir.

Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman dost İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva İordaniya Senatının Xocalı soyqırımını tanıması, Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməsi ilə bağlı qəbul etdiyi sənədi, bəyənatı Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyib vəhər zaman bu dəstəyin davamlı olaraq daha da güclənəcəyinə inandığını deyib.

Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman İordaniyaya böyük dəstək verdiyini xüsusi vurğulayaraq İordaniya baş naziri Abdullah Ensoura Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də baş nazirə geniş məlumat verib və fikir mübadiləsi aparılıb.

Dost Azərbaycanı və onun İordaniyaya dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən İordaniyanın baş naziri Abdullah Ensour münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib və Azərbaycana Prezidenti İlham Əliyevlə İstanbulda keçirilən beynəxalq tədbir çərçivəsində görüşdüklərini və dost Azərbaycanla bütün istiqamətlərdə münasibətlərimizin daha da inkişafı bizim üçün çox önəmlidir deyib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İordaniyanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən İordaniya baş naziri Abdullah Ensour bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib. "Sizi Azərbaycanda görməkdən məmnun olacağıq" deyən millət vəkili Qənirə Paşayeva İordaniya baş naziri Abdullah Ensoura rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu "Azərbaycan həqiqətləri" filmləri kataloqunu da hədiyyə edib. Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov iştirakı ilə keçən görüşdə Azərbaycan-İordaniya münasibətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti