...

ABŞ səfiri: Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır

Siyasət Materials 18 May 2016 17:53 (UTC +04:00)
Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır.
ABŞ səfiri: Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır. Bunu Trend-ə ABŞ-ın NATO yanındakı səfiri Duqlas Lyut deyib.

O bildirib: "Biz alyansın tərəfdaşı kimi Azərbaycanın töhfəsini yüksək qiymətləndiririk. Biz Azərbaycanın koalisiyada iştirakını alqışlayırıq".

D.Lyut qeyd edib ki, NATO Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun mayın 20-də Brüsseldə keçiriləcək Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində (ISAF) iştirak edən ölkələrin xarici işlər nazirlərinin iclasına qatılmasını səbirsizliklə gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti