...

28 May - Respublika Günü İsraildə qeyd olunub (FOTO)

Siyasət Materials 27 May 2016 21:34 (UTC +04:00)
İsraildəki Azərbaycan icması Azərbaycanın Respublika Günü və İsrailin Müstəqillik Günü ilə əlaqədar bir neçə bayram tədbiri təşkil edib.
28 May - Respublika Günü İsraildə qeyd olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İsraildəki Azərbaycan icması Azərbaycanın Respublika Günü və İsrailin Müstəqillik Günü ilə əlaqədar bir neçə bayram tədbiri təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlcə Təl-Əvivdə həyatı, yaradıcılığı bilavasitə Azərbaycanla bağlı olan qırx nəfərədək yəhudi rəssam və heykəltəraşın sərgisinin açılışı olub. Bundan sonra isə Neşer şəhərinin Mədəniyyət Sarayında böyük qala-konsert təşkil edilib.

Bayran tədbirləri hər iki ölkənin əlamətdar gününün ruhunu özündə əks etdirib. Konsert proqramına hər iki xalqın musiqi və rəqsləri daxil edilib.

Tədbirin fəxri qonaqları - Knessetin deputatı Robert İlatov, Neşer meri Avi Binamo, şəhərin absorbsiya şöbəsini müdiri Emin Çaykovski, Azİz-in baş direktoru Lev Spivak qonaqların bayramını təbrik edərək xalqların dostluğundan, sülhün və qarşılıqlı anlaşmanın təmin edilməsinin vacibliyindən danışıblar. Onlar həm İsrail, həm də Azərbaycan üçün xalqların dostluğu, tolerantlıq, sülh və əmin-amanlığın əsas prinsiplər olduğunu bildiriblər. Çıxış edənlər vurğulayıb ki, qonşuların apardığı siyasətdən asılı olmayaraq biz demokratik, tolerant cəmiyyətdə yaşamaq istəyirik və biz bu mühiti bütün imkanlardan istifadə edərək qoruyub saxlayacağıq.

Rəsmi hissədən sonra bədii hissə başlayıb. Səhnədə ivrit, ingilis, rus, azərbaycan, fransız, türk dillərində musiqilər səslənib. Tədbirdə Azərbaycandan köçmüş yəhudi musiqiçlər, rəqqaslar və digəriləri çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti