...

Malena Mard: Prezidentlərin növbəti görüşünün keçirilməsi razılığının əldə edilməsi müsbət göstəricidir

Siyasət Materials 2 İyun 2016 09:57 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutması və növbəti görüşün keçirilməsi ilə bağlı razılığın əldə edilməsi çox müsbət göstəricidir.
Malena Mard: Prezidentlərin növbəti görüşünün  keçirilməsi razılığının əldə edilməsi müsbət göstəricidir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutması və növbəti görüşün keçirilməsi ilə bağlı razılığın əldə edilməsi çox müsbət göstəricidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M.Mard bildirib ki, Avropa İttifaqı bu cür görüşlərin keçirilməsini alqışlayır: "Avropa İttifaqı olaraq biz çox şadıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bu cür addımlar atılır. ATƏT Minsk qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti