...

Malena Mard: "ASAN Viza" sisteminin yaradılması haqqında fərman Azərbaycana turist axınını çoxaldacaq

Siyasət Materials 2 İyun 2016 10:11 (UTC +04:00)
"Azərbaycan Prezidenti İlham Əliyevin Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərmanını alqışlayırıq".
Malena Mard: "ASAN Viza" sisteminin yaradılması haqqında fərman Azərbaycana turist axınını çoxaldacaq

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycan Prezidenti İlham Əliyevin Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərmanını alqışlayırıq".

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M.Mard bildirib ki, bu fərman çox böyük əhəmiyyətə malikdir: "Bu fərman Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axının çoxalmasına şərait yaradacaq. Bildiyiniz kimi, bu yaxınlarda Aİ-Azərbaycan biznes forumu keçirilib. Forumda qeyd olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. Bu baxımdan hesab edirəm ki, "ASAN Viza" böyük uğur gətirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti