...

Pakistan səfiri YAP gənclərinə təlim keçdi (FOTO)

Siyasət Materials 4 İyun 2016 00:14 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser “Beynəlxalq əlaqələr və diplomatiya” mövzusunda təlim keçib.
Pakistan səfiri YAP gənclərinə təlim keçdi (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser "Beynəlxalq əlaqələr və diplomatiya" mövzusunda təlim keçib.

Birlikdən Trend-ə verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan YAP Gənclər Birliyinin sədri Seymur Orucov Gənclər Birliyi haqqında qısa məlumat verib, daha sonra gələcək əməkdaşlıq imkanları barədə söz açıb. Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin Ulu Öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulması, ötən müddət ərzində iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı inam və etimadın gücləndiyini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri qeyd edib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Pakistanın sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib, Pakistan Senatı azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımını tanıyıb, bugünədək işğalçı Ermənistanla diplomatik əlaqələr yaratmayıb.

S.Orucov bunu Pakistanın Azərbaycana siyasi dəstəyinin ən bariz nümünəsi kimi dəyərləndirib, ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Pakistan xalqına və dövlətinə hörmət və ehtiramını bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Pakistan İslam Respublikasının Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əlaqələrin daha da dərinləşməsinə ciddi maraq göstərdiyini deyib.

YAP Gənclər Birliyinin ofisində ilk dəfə olduğunu bildirən səfir Azərbaycan gənclərinin hərtərəfli inkişafının böyük məmnunluq doğurduğunu bildirib, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində YAP ilə əlaqələrin inkişafı istiqamətində səyini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi qeyd edilib.

Sonda X.U.Qayser "Beynəlxalq əlaqələr və diplomatiya" mövzusunda təlim keçib, təlimdə gənclərin sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 60-dan çox gənc iştirak edib.

Xəbər lenti

Xəbər lenti