...

Səməd Seyidov: "Prezident İlham Əliyevin Almaniyaya səfərinin nəticəsini qısa müddətdən sonra görəcəyik"

Siyasət Materials 9 İyun 2016 12:18 (UTC +04:00)
“Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri xüsusi əhəmiyyət kəsb edən bir səfərdir, ona görə ki, Almaniya Avropanın aparıcı ölkələrindən biridir və biz həmişə Almaniya ilə əlaqələri yüksək səviyyədə təşkil etmək üçün fəaliyyət göstərmişik”.
Səməd Seyidov: "Prezident İlham Əliyevin Almaniyaya səfərinin nəticəsini qısa müddətdən sonra görəcəyik"

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri xüsusi əhəmiyyət kəsb edən bir səfərdir, ona görə ki, Almaniya Avropanın aparıcı ölkələrindən biridir və biz həmişə Almaniya ilə əlaqələri yüksək səviyyədə təşkil etmək üçün fəaliyyət göstərmişik".

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, bu səfər Azərbaycanın xarici siyasətində mühüm yer tutan Almaniya ilə əlaqələrin genişləndirilməsi istiqamətində çox uğurlu bir səfər oldu.

Komitə sədri bildirib ki, səfər zamanı verilən bəyanatlar faktiki olaraq Dağlıq Qarabağ problemi, Azərbaycan torpaqlarının işğalı ilə bağlı proqram bəyanatlardır: "Yəni bu bizim üçün gələcəkdə münaqişənin Avropada, dünyada təqdim olunmasında bir dəstxətdir, bir proqramdır. Almaniyada status-kvonun dəyişdirilməsi, Ermənistanın qeyri-konstruktiv mövqe tutması və Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə tərəfdar olması ilə bağlı verilən bəyanatlar, o cümlədən aprel hadisələri nəticəsində Ermənistana həm hərbi, həm də siyasi dərs verilməsi, onun yerinə otuzdurulması və danışıqlara gətirilməsi Azərbaycanın uğurlarıdır və birbaşa cənab Prezidentin bəyanatlarında da qeyd edildi".

S.Seyidov əlavə edib ki, bu səfər, eyni zamanda Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir: "Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlər yüksəlməkdədir. Cənab Prezidentin Almaniya şirkətlərini Azərbaycana investisiya qoymaq çağırışları, Almaniya şirkətlərinin Azərbaycana gəlməsi, xüsusilə kənd təsərrüfatı, texnologiya və digər sahələrdə əməkdaşlıq çox vacib və əhəmiyyətli məsələlərdir. Bütün bunlar öz bəhrəsini verəcək. Çünki Azərbaycanın apardığı siyasət qeyri-neft sektorunun diversifikasiyasına yönəlib. Bu nöqteyi-nəzərdən, Almaniyanın çox böyük təcrübəsi var. Əminəm ki, cənab Prezidentin Almaniya səfərinin nəticəsini qısa müddətdən sonra görəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti