...

Portuqaliya Azərbaycanla münasibətlərini inkişaf etdirməkdə çox maraqlıdır

Siyasət Materials 10 İyun 2016 17:05 (UTC +04:00)
Bu gün Bakıda Portuqaliyanın milli bayramı - Portuqaliya Günü qeyd olunub.
Portuqaliya Azərbaycanla münasibətlərini inkişaf etdirməkdə çox maraqlıdır

Bakı. Trend:

Portuqaliya Azərbaycanla münasibətlərini inkişaf etdirməkdə çox maraqlıdır. Bunu Trend-ə Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Maria Joao Lopes Kardoso bildirib.

Qeyd edək ki, bu gün Portuqaliyanın milli bayramı - Portuqaliya Günü qeyd olunur.

Xanım M.Kardoso bildirib ki, bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan və Portuqaliyanın bir sıra oxşar cəhətləri var: "Hər ikisi dəniz sahili ölkələrdir və Avropanın kənar sərhədlərində yerləşirlər. Bu iki ölkənin əhalisinin sayı və ərazi ölçüsü demək olar ki eynidir".

Diplomat qeyd edib ki, uzun illərdir Portuqaliya və Azərbaycan arasında çox yaxşı diplomatik əlaqələr mövcuddur: "Ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlər baş tutub və bu səfərlər zamanı bir sıra ikitərəfli sazişlər imzalanıb. Ölkələrin beynəlxalq arenadakı əməkdaşlığı da həmçinin uğurlu olub. Belə ki, 1996-cı ildə Lissabonda keçirilən ATƏT-in sammiti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin prinsiplərinin müəyyən edilməsində mühim yer tutur".

O deyib ki, Azərbaycan və Portuqaliya bir sıra sahələrdə məhsuldar şəkildə əməkdaşlıq edə bilərlər: "Buna informasiya və rabitə texnologiyalarını, turizmi, bərpa ediləbilən enerjini, mülki mühəndisliyi, kənd təsərrüfatını və səhiyyəni misal göstərmək olar".

Müvəqqəti işlər vəkili əlavə edib ki, Portuqaliya Azərbaycanla aralarındakı mövcud dostluq münasibətini gücləndirməkdə və inkişaf etdirməkdə çox maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti