...

Elmar Məmmədyarov Türkiyə səfiri ilə görüşüb

Siyasət Materials 30 İyun 2016 18:44 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunu qəbul edib.
Elmar Məmmədyarov Türkiyə səfiri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunu qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.

E.Məmmədyarov 28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında törədilmiş qanlı terror aktı ilə əlaqədar həmkarı Mövlud Çavuşoğluna dərin hüznlə başsağlığı məktubu göndərdiyini qeyd edərək, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.

Daha sonra görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti