Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Qazaxıstana gedir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov iyulun 13-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşündə iştirak etmək üçün Astanaya işgüzar səfər edəcək.