Bakı. Trend:
Azərbaycanın Fransadakı səfirliyi Nitsada baş verən terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır. Bu barədə Trend-ə diplomatik missiyadan bildirilib.
Yerli hakimiyyət orqanları ilə daha dəqiq məlumat almaq üçün əlaqə qurulur.
Qeyd edək ki, Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində 73 nəfər ölüb, 120 nəfər xəsarət alıb.