Bakı. Trend:
Ölüm hökmünü tətbiq edəcəyi təqdirdə, heç bir ölkə Avropa İttifaqına (Aİ) üzvlüyə ümid etməsin.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini deyib.
O, bunu Brüsseldə ABŞ-ın dövlət katibi Con Kerri ilə Aİ ölkələrinin XİN rəhbərlərinin işçi naharının yekununda deyib: "Ölüm hökmünü tətbiq edəcəyi təqdirdə, heç bir ölkə Avropa İttifaqına üzv ola bilməz. Bu, bizim qanunvericiliyimizdə nəzərdə tutulub".
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım ölkədə dövlət çevrilişinə cəhddə iştirak edənlər barəsində ölüm hökmünün verilməsi ehtimalını istisna etməyiblər.