Bakı. Elmira Tariverdiyeva - Trend:
Rusiya Dövlət Dumasına deputat seçkilərində səs vermək üçün bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılıb.
Trend-in səfirliyin saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda daimi yaşayan və ya ölkədə müvəqqəti qalan Rusiya vətəndaşları səsvermədə iştirak edə bilərlər.
Seçki məntəqəsi yerli vaxtla saat 08:00-dan saat 20:00-dək açıq olacaq.
Dumaya seçkilər sentyabrın 18-də keçiriləcək.