...

Milli Məclisin növbəti plenar iclası başlayıb

Siyasət Materials 14 Oktyabr 2016 12:05 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası bu gün öz işinə başlayıb.

Trend-in məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan edib.

İclasın gündəliyinə 30 məsələ, o cümlədən Mülki Prosessual Məcəlləyə, Əmək Məcəlləsinə, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, "Dərman vasitələri haqqında" qanuna, "Təhsil haqqında" qanuna, "Reklam haqqında" qanuna və digər bir sıra qanunlara əlavə dəyişikliklər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti