...

Siyavuş Novruzov Çin səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 20 Oktyabr 2016 16:05 (UTC +04:00)
YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası dostluq qrupunun rəhbəri Siyavuş Novruzov Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Vey Cinhuan ilə görüşüb.
Siyavuş Novruzov Çin səfiri ilə görüşüb (FOTO)

Bakı. Trend:

YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası dostluq qrupunun rəhbəri Siyavuş Novruzov Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Vey Cinhuan ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. S.Novruzov Azərbaycan ilə Çin Xalq Respublikası arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.

Yeni Azərbaycan Partiyasının Beynəlaxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva da görüşdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti