...

Pan Afrika Parlamenti ilə Azərbaycan arasında əməkdaşlığın aparılması üçün böyük potensial var

Siyasət Materials 27 Oktyabr 2016 11:16 (UTC +04:00)
Azərbaycanın Afrika İttifaqı yanında Daimi nümayəndəsi, səfir Elman Abdullayev Pan Afrika Parlamentinin yeni seçilmiş vitse-prezidenti xanım Safiya Elmi Cibril ilə görüş keçirib.
Pan Afrika Parlamenti ilə Azərbaycan arasında əməkdaşlığın aparılması üçün böyük potensial var

Bakı. Trend:

Azərbaycanın Afrika İttifaqı yanında Daimi nümayəndəsi, səfir Elman Abdullayev Pan Afrika Parlamentinin yeni seçilmiş vitse-prezidenti xanım Safiya Elmi Cibril ilə görüş keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı E.Abdullayev bu vəzifəyə seçilməsi münasibətilə xanım Safiya Elmi Cibrili təbrik edib. Sonra E.Abdullayev Azərbaycan haqqında ətraflı məlumat verərək, ölkəmizin regionun lider dövləti olduğunu, regionda irimiqyaslı layihələrin həyata keçirilməsində məhz Azərbaycanın aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Safiya Elmi Cibril səmimi təbrikə görə səfirə təşəkkürünü bildirib. O, təmsil etdiyi və özündə 54 Afrika ölkəsini birləşdirən Pan Afrika Parlamentinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə tərəflər arasında ikitərəfli münasibətlərin inkişafı perspektivləri müzakirə edilib və həm ikitərəfli əsasda, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti