Bakı. Trend:
Astanada Qazaxıstan Parlament Məclisinin sədri, Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) fəaliyyətdə olan sədri Nurlan Niqmatulin TürkPA-nın Baş katibi Jandos Asanov arasında görüş keçirilib.
Bu barədə Trend-ə TürkPA-dan məlumat verilib.
Bildirilir ki, TürkPA-nın fəaliyyətdə olan sədri Assambleyanın fəaliyyətinin gələcək inkişafının əhəmiyyətini qeyd edib. Görüş zamanı 22 dekabrda Bakıda keçiriləcək TürkPA Katibliyinin yeni inzibati binasının açılış mərasimi ilə əlaqədar hazırlıq işləri də müzakirə olunub.