...

Azərbaycan Şərq Tərəfdaşlığı XİN rəhbərlərinin Yerevan görüşündə iştirak etməyəcək

Siyasət Materials 16 Noyabr 2016 15:34 (UTC +04:00)
Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Yerevanda keçirilən qeyri-rəsmi görüşündə iştirak etməyəcək.
Azərbaycan Şərq Tərəfdaşlığı XİN rəhbərlərinin Yerevan görüşündə iştirak etməyəcək

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Yerevanda keçirilən qeyri-rəsmi görüşündə iştirak etməyəcək.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev deyib.

Avropa İttifaqının məlumatına əsasən, noyabrın 17-də Yerevanda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 8-ci qeyri-rəsmi görüşü keçiriləcək.

Qeyd edək ki, Şərq Tərəfdaşlığının tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti