...

Robert Sekuta: Azərbaycan güclü tolerantlıq ənənələrinə malikdir (FOTO)

Siyasət Materials 9 Dekabr 2016 13:10 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekutanı qəbul edib.
Robert Sekuta: Azərbaycan güclü tolerantlıq ənənələrinə malikdir  (FOTO)

Bakı. Trend:

Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekutanı qəbul edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı səmimi salamlayan DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir və bütün dini konfessiyalar qanun qarşısında bərabər hüquqlara malikdirlər. Azərbaycan tolerant və multikultural dəyərləri ilə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Eyni zamanda, Azərbaycan dövləti tərəfindən dini icmalara fəaliyyət göstərmələri üçün maliyyə yardımı ayrılır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Azərbaycanın güclü tolerantlıq ənənələrinə malik olduğunu və hazırda narahat dünyada bunun böyük önəm daşıdığını bildirib. O qeyd edib ki, təmsil etdiyi ölkə Azərbaycanla münasibətlərinə önəm verir və bu münasibətlərin inkişafına çalışır.

Səmimi şəraitdə keçən görüş zamanı M.Qurbanlı ABŞ-ın yeni administrasiyası ilə Azərbaycan hökuməti arasında yüksək səviyyəli əlaqələrin qurulacağına və bunun hər iki dövlətin mənafeyinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov və şöbə müdirləri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti