...

Ekspert: Netanyahunun Azərbaycana səfəri olduqca böyük əhəmiyyət daşıyır

Siyasət Materials 13 Dekabr 2016 18:50 (UTC +04:00)
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri çox vacib əhəmiyyət daşıyır.
Ekspert: Netanyahunun Azərbaycana səfəri olduqca böyük əhəmiyyət daşıyır

Bakı. Anaxanım Hidayətova - Trend:

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri olduqca böyük əhəmiyyət daşıyır.

Bunu Trend-ə İsrailin daxili təhlükəsizlik nazirinin keçmiş müşaviri Aleks Veksler deyib.

Ekspertin sözlərinə görə, bu səfər ölkələr arasında ikitərəfli əlaqələrin gələcək inkişafına müsbət təsir edəcək.

A.Veksler deyib: “Azərbaycan və İsrail arasında münasibətlər bu gün bütün istiqamətlərdə inkişaf edir. Onlar təkcə qarşılıqlı maraqlar yox, həm də nəsillər arası səmimi münasibətlər üzərində qurulub”.

O qeyd edib ki, Azərbaycan İsraillə dost olan nadir müsəlman ölkələrdən biridir. “Baş nazir B.Netanyahunun bugünkü səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq. Şübhəsiz ki, bu ölkələr arasında müzakirə olunmalı mövzular var.”

O, İsraillə Azərbaycanın həmişə dost olduğunu və dost qalacağını da deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti