Qazaxıstan parlamentinin Aşağı palatasının sədri Bakıya gəlir

Siyasət Xəbər 15 Dekabr 2016 11:32 (UTC +04:00)

Bakı. Yelena Kosolapova - Trend:

Qazaxıstan Majilisinin (parlament) Aşağı palatasının sədri Nurlan Niqmatulin gələn həftə Azərbaycana səfər edəcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, N.Niqmatulinin səfəri dekabrın 20-21-nə planlaşdırılır.

O, Bakıda TürkPA Katibliyinin yeni inzibati binasının açılış mərasimində iştirak edəcək.

Palata sədrini parlament nümayəndə heyəti müşayiət edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti