...

Deputat: Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün hər cür şərait yaradılıb

Siyasət Materials 30 Mart 2017 11:46 (UTC +04:00)
Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet sahədir və ölkədə kiçik və orta sahibkarlığa göstərilən dəstək əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılmasını təmin edir.
Deputat: Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün hər cür şərait yaradılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet sahədir və ölkədə kiçik və orta sahibkarlığa göstərilən dəstək əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılmasını təmin edir. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

Deputat bildirib ki, qeyri-neft sektoru daha da inkişaf etdirilməlidir: “Qeyri-neft sektorunun inkişafı eyni zamanda, sosial məsələlərin həllini sürətləndirir, əhalinin sosial vəziyyətini yaxşılaşdırır. Əsas iş yerlərini də qeyri-neft sektorlarında axtarmalıyıq. Əhalinin məşğulluqla təminatında prioritet istiqamət qeyri-neft sektoru olmalıdır”.

M.Quliyev bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafına kifayət qədər dəstək göstərilir. O qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli kreditlər verilir: “Bu kreditlər hesabına yeni müəssisələr yaradılır, iş yerləri açılır. Bu fəaliyyətlərin nəticəsidir ki, 2017-ci ilin ilk iki ayında qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb”.

Deputat əlavə edib ki, qeyri-neft sektoru məhsullarının ixracı da vacib məsələlərdən biridir: “Azərbaycanın bir çox ölkələrlə ticarət dövriyyəsi var. Əlbəttə, qeyri-neft sektoru məhsullarının həmin ölkələrə ixracının artırılması həm qeyrı-neft sektorunun inkişafı, həm də ölkəmizə valyuta axının artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bunun üçün dövlət sahibkarlar üçün hər cür şərait yaradıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti