...

Kuba KİV-i: Azərbaycanla Kuba arasında siyasi əməkdaşlıq təcrübəsi uğurla inkişaf etdirilir

Siyasət Materials 8 Aprel 2017 10:18 (UTC +04:00)
Kuba hökumətinin rəsmi mətbu orqanı olan “Granma” qəzetində 2017-ci ilin 7 aprel tarixində “Azərbaycan və Kuba arasında əlaqələr inkişaf edir” başlıqlı məqalə dərc edilib.
Kuba KİV-i: Azərbaycanla Kuba arasında siyasi əməkdaşlıq təcrübəsi uğurla inkişaf etdirilir

Bakı. Trend:

Kuba hökumətinin rəsmi mətbu orqanı olan “Granma” qəzetində 2017-ci ilin 7 aprel tarixində “Azərbaycan və Kuba arasında əlaqələr inkişaf edir” başlıqlı məqalə dərc edilib.

Azərbaycanının Kubakı səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehovun qəzetə müsahibəsi əsasında yazılmış məqalədə Azərbaycan və Kuba arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubiley tarixinin qeyd edilməsi fonunda ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən mədəniyyət və idman sektorunda əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, iki ölkə arasında mövcud olan siyasi əməkdaşlıq təcrübəsi uğurla inkişaf etdirilir. Kubaya qarşı tətbiq edilən iqtisadi, ticarət və maliyyə blokadasının aradan qaldırlması üçün Kubanın BMT çərçvisəində irəli sürdüyü qətnamələrə Azərbaycan tərəfindən hər zaman dəstək verildiyi vurğulanıb. Müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün potensialın mövcud olduğu qeyd edilibr.

Məqalədə Azərbaycan hökuməti tərəfindən xalqımızın zəngin mədəniyyətinin ümumdünya miqyasda, o cümlədən Kubada tanıdılması istiqamətində çalışdığı qeyd edilib. Azərbaycanın sülhsevər ölkə olaraq, tarixən sahib olduğu tolerantlıq ənənələrindən bəhs edilib.

Azərbaycanda ali təhsil almış minlərlə kubalıların hazırda müxtəlif sahələrdə dəyərli peşəkar kimi çalışdıqları və ölkəmizlə həmrəylik nümayiş etdirdikləri vurğulanıb.

Daha sonra müəllif Azərbaycan iqtisadiyyatının, o cümlədən neft sənayesi və kənd təsərrüfatının inkişafı və ölkəmizin Avrasiya regionunda əhəmiyyətli nüfuzundan söz açıb. Avropa və Asiya arasında yerləşərək strateji coğrafi mövqeyə malik olan Azərbaycanın mühüm enerji təchizatçısı kimi əhəmiyyəti vurğulanıb.

Məqalədə Azərbaycanın Kubadakı səfirliyi tərəfindən mart ayında Novruz bayramı ilə bağlı keçirilmiş bayram tədbiri və bu bayramın adətlərindən bəhs edilib.

Məqalənin sonunda Azərbaycanın yaxın tarixinə qısa ekskurs edilmiş, 1918-ci ildə Şərq aləmində ilk dəfə olaraq demokartik və dünyəvi dövlətin - Azərbaycan Demokartik Respublikasının qurulması, keçmiş SSRİ-nin süqutundan sonra isə Azərbaycanın yenidən müstəqilliyini elan edərək beynəlxalq miqyasda tanındığı barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti