...

Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib

Siyasət Materials 27 Aprel 2017 14:50 (UTC +04:00)
Qazaxıstanın paytaxtı Astanada keçirilən Qazaxıstan Xalqı Assambleyasının XXV sessiyası çərçivəsində quruma yeni sədr müavinləri təyin edilib.
Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Astanada keçirilən Qazaxıstan Xalqı Assambleyasının XXV sessiyası çərçivəsində quruma yeni sədr müavinləri təyin edilib.

Prezident Nursultan Nazarbayevin sərəncamına əsasən, Qazaxıstandakı Azərbaycanlıların Respublika Assosiasiyasının rəhbəri Xamedov Əbilfas Müslüm oğlu və Aktübin İctimai Şurasının sədri Sergey Veşnyak Assambleya sədrinin yeni müavinləri olacaq.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qazaxıstan Respublikası Prezidenti yanında məsləhətçi qurum olan Qazaxıstan Xalqı Assambleyasının vəzifəsi dövlətin milli siyasətinin işlənməsi və həyata keçirilməsinə dəstək göstərməkdir. Assamleyanın sədri ölkə Prezidenti Nursultan Nazarbayevdir.

Xatırladaq ki, Qazaxıstan Xalqı Assambleyasının yeni sədr müavini, soydaşımız Ə.Xamedov Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti