...

DTX rəisi: IV İslam Həmrəyliyi Oyunlarında hər hansı təxribata cəhd edilməyib

Siyasət Materials 27 May 2017 09:20 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunlarında hər hansı təxribata cəhd göstərilməyib.
DTX rəisi: IV İslam Həmrəyliyi Oyunlarında hər hansı təxribata cəhd edilməyib

Bakı. Elçin Mehdiyev - Trend:

IV İslam Həmrəyliyi Oyunlarında hər hansı təxribata cəhd göstərilməyib.

Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib.

M.Quliyev bildirib ki, bununla bağlı preventiv tədbirlər bir il əvvəldən həyata keçirilib, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə əməkdaşlıq edilib.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini deyən general-leytenant əlavə edib:

"Dünyanın ağır bölgəsində yerləşirik, burada təzyiqlər var. Buna baxmayaraq, İslamiada zamanı təhlükəsizlik təmin olundu. Dövlət başçısının tapşırıqları yerinə yetirildi, xüsusi təhlükəsizlik tədbirləri görüldü və yarışlar da uğurla keçirildi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti