Bakı. Anaxanım Hidayətova - Trend:
Böyük Britaniya Azərbaycanda ən iri investor olmaqda davam edir.
Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda müxtəlif sahələrdə olmaqla 400-dən çox Britaniya şirkəti fəaliyyət göstərir: "Azərbaycan bizim üçün bütün sahələrdə - turizmdən təhlükəsizlik məsələlərinədək - prioritet təşkil edir".