...

Qırğızıstandakı Azərbaycan diaspor təşkilatları beynəlxalq qumurlara müraciət ünvanlayıb

Siyasət Materials 7 İyul 2017 16:34 (UTC +04:00)
Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və "Xəzər" İssık Kul Azərbaycanlıları İctimai Birliyi Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatla əlaqədar keçirdiyi tədbirdə beynəlxalq təşkilatlara və dünyanın aparıcı dövlətlərinin liderlərinə müraciət ünvanlayıblar.
Qırğızıstandakı Azərbaycan diaspor təşkilatları beynəlxalq qumurlara müraciət ünvanlayıb

Bakı. Trend:

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və "Xəzər" İssık Kul Azərbaycanlıları İctimai Birliyi Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatla əlaqədar keçirdiyi tədbirdə beynəlxalq təşkilatlara və dünyanın aparıcı dövlətlərinin liderlərinə müraciət ünvanlayıblar.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müraciətdə bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, Ermənistanın işğalçı siyasəti bu gün də davam etməkdədir: "Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhalini, o cümlədən uşaqları hədəfə alaraq bölgədə gərginliyin daha da artırılmasına yönəlmiş təxribat xarakterli fəaliyyətlərini davam etdirir”.

Müraciət müəllifləri Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatı qətiyyətlə pisləyərək və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünyanın aparıcı dövlətlərinin liderlərini mülki şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırıblar.

Müraciətdə həmçinin bildirilir: “Ötən ilin aprel ayında təmas xəttində baş verən təxribatlar zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu və dövlətlə birliyini, qalibiyyət əzmini, haqq-ədalətin bərpası, Vətən torpağı uğrunda hər an şəhid olmağa hazır olduğunu bütün dünya gördü. Biz indi də Ali Baş komandan Prezident İlham Əliyevin yanındayıq, istənilən vaxt əlimizə silah alıb qisas almağa, işğal altındakı torpaqlarımızı azad etməyə hazırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti