Bakı. Trend:
Prezident İlham Əliyev Helmut Mantsenrayterin Avstriya Respublikasının Klaqenfurt am Vörterse şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər sərəncamla Andreas Köniqsberqer Avstriya Respublikasının Sankt Pölten şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin olunub.
Xarici İşlər Nazirliyinə sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.