Prezident “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb

Prezident “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb

Bakı. Trend:

Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

1. həmin Qanunun 8-ci maddəsinə uyğun olaraq, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasını;

2. həmin Qanunun 17.8-ci maddəsinə uyğun olaraq, fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydasını və hesabatın formasını;

3. həmin Qanunun 17.9-cu maddəsinə uyğun olaraq, sığorta ödənişinin verilməsi qaydasını;

4. həmin Qanunun 18.0.7-ci maddəsinə uyğun olaraq, sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi qaydasını;

5. həmin Qanunun 19.0.2.6-cı maddəsinə uyğun olaraq, sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi qaydasını;

6. həmin Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, işsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması qaydasını;

Nazirlər Kabinetinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Qanundan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı və 21.0.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir; həmin Qanunun 8-ci, 17.8-ci, 17.9-cu, 18.0.7-ci, 19.0.2.6-cı və 22.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 2.0.5-ci, 5.1.6-cı, 13.1-ci, 17.2-ci, 18.0.6-cı, 19.0.3-cü maddələrində, 17.1-ci və 17.7-ci maddələrinin birinci və ikinci cümlələrində, 23-cü maddəsinin adında və birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir; həmin Qanunun 14.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Statistika Komitəsi həyata keçirir; həmin Qanunun 20.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Prezidenti ilə razılaşdırmaqla həyata keçirir; həmin Qanunun 23-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə münasibətdə) həyata keçirirlər; həmin Qanunun 23-cü maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirlər; həmin Qanunun 10.2-ci maddəsində və 22.1-ci maddəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; həmin Qanunun 19.0.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; həmin Qanunun 23-cü maddəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının işçiləri” dedikdə Prezident Administrasiyasında, Azərbaycan Prezidentinin İşlər İdarəsində və Azərbaycan Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri nəzərdə tutulurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, ərizənin formasını və ərizəyə əlavə olunan sənədlərin siyahısını üç ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, işsizlikdən sığorta fondunun hər il üçün büdcəsinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hazırlanıb təqdim edilməsini təmin etsin.

"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA
Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA
Loading Bars
Xəbər lenti
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın növbəti tarixi uğuru
İranda koronavirusdan daha 75 nəfər ölüb
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
27 dövlət əmlakı hərraca çıxarılacaq
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Nüfuzlu “Springer International Publishing” nəşriyyatı MİDA-nın uğurlu fəaliyyətindən yazıb
Bu yolda hərəkət qismən məhdudlaşdırılır
20 Yanvar faciəsi müasir siyasi fəlsəfə kontekstində təhlil edilib
UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub (FOTO)
Narazı şagirdlər yenidən qiymətləndirmədən keçə bilərlər - Şöbə müdiri
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Gömrükçülər yük avtomobilindən 38 ədəd “Iphone 12” müsadirə edib (VİDEO)
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert
Fənn olimpiadaları fevralın sonu ənənəvi qaydada keçirilə bilər
Füzuli rayonunun Qarğabazar kəndi (FOTO/VİDEO)
Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab
Fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur - RƏSMİ
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Sabah hava yağmursuz keçəcək
Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçirilə bilər
Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq çətindir - Nazir
Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var - Təhsil naziri
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Yaponiyanın ölkəmizdəki yeni səfiri ilə görüşüb (FOTO)
Müəllim və şagirdlərin davamiyyəti nəzarətdə saxlanılır
Azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq
Bakı Ali Neft Məktəbində “Qarabağın təbii sərvətləri" müzakirə olunub (FOTO)
İbtidai siniflərin nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin saytında yerləşdirilib
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri
Bu şagirdlər imtahan verə biləcəklər - Təhsil Nazirliyinin şöbə müdiri
Yağan qardan sonra paytaxta təmizlik işləri aparılır (FOTO)
Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
TAP konsorsiumu İtaliyada tikinti zamanı köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb
Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir
Azərbaycanda koronavirusa yoluxan şagird və təhsil işçilərinin sayı açıqlandı
Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı
Fiziki tərbiyə dərsləri müvəqqəti dayandırılır
Vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb - Emin Əmrullayev
Təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək - RƏSMİ
Sumqayıt Texnologiyalar Parkına yeni baş icraçı direktor təyin olunub
Təhsil kreditləri yeni qaydalarla verilə bilər
Təhsil haqqının ləğv edilməsi rəqabət şəraitindən imtina deməkdir - Nazir
Hazırkı şərait daha çox ibtidai sinif şagirdlərinin emosional vəziyyətinə təsir edib - Təhsil naziri
Parkinq KASKO avtomobil sığortasını Insure.az-da onlayn əldə edin
Ermənistanda müxalifət parlament qarşısında etiraz aksiyası keçirir
Qazaxıstanın Azərbaycandan pomidor idxalına tətbiq etdiyi məhdudiyyətlər müvəqqəti xarakter daşıyır - Nazirlik
Bu siniflər tədrisin bərpasında problem yarada bilər - Nazir
Ermənistan tərəfdən Qarabağda döyüşlərə cəlb edilən daha iki terrorçu barədə cinayət işi başlandı
Ötən il ölkədə 170 yaşayış evi və obyektə oğurluq cəhdinin qarşısı alınıb
İri şəhərlərdə tədris həftədə 3, rayonlarda 4-5 dəfə olacaq - Nazir
Fevralın 1-dən bu şagirdlər məktəbə gedəcək
Ali məktəblərdə təhsil nə zaman bərpa olunacaq? - Nazirdən AÇIQLAMA
Rusiyada koronavirusdan ölənlərin sayı 68 mini keçib
İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb
Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA
Məktəblər fəaliyyətə başlayır - Təhsil Nazirliyi təfərrüatları açıqladı (FOTO/VİDEO)
Fevralın 1-dən məktəblər açılır
Minatəmizləmə Agentliyinin əməkdaşı Cəbrayılda minaya düşüb
Günay Cəlilova Yelo Bankın İdarə Heyəti sədrinin müavini təyin olunub
Sürücülərə şad xəbər: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir
Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasportla bağlı müraciət olunub
Dövlət xidmətləri barədə ilk sənədli filmdə “ASAN xidmət”dən bəhs olunub (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da hava şarları ilə internetə girişi təmin edən layihə bağlanıb
"Dostluq" Trans-Xəzər kəməri üzrə yeni danışıqlar üçün mühit yaradacaq - Norveç konsaltinq şirkəti
Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub - Sədr müavini
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirdi (FOTO/VİDEO)
Nişan edənlər polis şöbəsinə aparıldı
Pensiya adı ilə 480 min manatı mənimsəyən vəzifəli şəxslərin məhkəməsi başlayır
Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik
Bank Respublika “Qarabağ Dirçəliş Fondu”na 200 min manat köçürüb
Şuşada yeni yarimstansiya tikilir (FOTO/VİDEO)
Bu hərəkətlər avtoxuliqanlıq hesab olunacaq - Yeni qaydalar
Qəza zamanı hadisə yerini tərk edən sürücü bu halda inzibati məsuliyyətə cəlb edilməyəcək – Qaydalar dəyişir
Sürücülərın sürücülük vəsiqəsini özləri ilə daşımasına ehtiyac qalmayacaq
Astara terminalının yükaşırma gücü artırılacaq
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası – Ölüm halları, qəzalar azalacaq
Ölkənin avtomobil yollarındakı hazırkı vəziyyət açıqlandı
"Dostluq" layihəsi enerji üzrə böyük potensialı reallaşdırmağa imkan verəcək - Fransalı ekspert
Dəmir Yollarında işə qəbul prosesi tamamilə məsafədən keçiriləcək
Bakıda yataqxana yanıb
Ötən gün poliklinikada 52 nəfər vaksinasiya olunub - Baş həkim
Sms-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
Evini tərk edən daha 4 koronavirus xəstəsinə cinayət işi başlandı
Ötən il Bakıda baş verən yol qəzalarında 169 nəfər ölüb
Postlardan keçməyə cəhd göstərən 2059 avtomobil geri qaytarıldı, 1 nəfər həbs edildi
Xəstəxanalara xəbərdarlıq: Rentgen və digər aparatlar yoxlamadan keçməlidir
Dayısı oğlu 36 yaşlı Şəmkir sakinini güllələyərək qətlə yetirdi
Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti mərhələsinə fevraldan başlanılacaq
ETSN Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara aydınlıq gətirib
Türkmənistanla memorandumun imzalanması Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq - Ekspert
Bakıda yolların buz bağlaması əsas prospektlərdə sıxlıq yaradıb - BNA
Müharibədən zərər görən ailələrdə psixoloji travmanı aradan qaldırmaq üçün uzunmüddətli iş aparılmalıdır - Dövlət Komitəsi
Bütün xəbərlər