Bakı. Trend:
Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani avqustun 18-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində F.Uanakuni Mamani Azərbaycanın Baş naziri Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.
Nazirlər Azərbaycan və Boliviya hökumətləri arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalayacaqlar.