...

Qırğızıstanın Bakıdakı səfirliyində seçki məntəqəsi açılacaq

Siyasət Materials 30 Avqust 2017 15:21 (UTC +04:00)
Azərbaycanda yaşayan və ya müvəqqəti olan Qırğızıstan vətəndaşları bu ölkənin prezident seçkiləri zamanı Bakıda açılacaq seçki məntəqəsində səs verə biləcək.
Qırğızıstanın Bakıdakı səfirliyində seçki məntəqəsi açılacaq

Bakı. Trend:

Azərbaycanda yaşayan və ya müvəqqəti olan Qırğızıstan vətəndaşları bu ölkənin prezident seçkiləri zamanı Bakıda açılacaq seçki məntəqəsində səs verə biləcək.

Bu barədə Trend-ə Qırğızıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Azərbaycanda 52 Qırğızıstan vətəndaşı qeydiyyata alınıb.

Seçki məntəqəsi səfirliyin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən ofisində açılacaq.

Qırğızıstanda prezident seçkiləri bu il oktyabrın 15-də keçiriləcək.

Səsvermə saat 08:00-dan 20:00-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti