...

Azərbaycan Myanma müsəlmanlarına 100 ton humanitar yardım göndərib (FOTO)

Siyasət Materials 8 Sentyabr 2017 19:48 (UTC +04:00)
Azərbaycan Hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib.
Azərbaycan Myanma müsəlmanlarına 100 ton humanitar yardım göndərib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib.

Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərindən Trend-ə verilən birgə məlumata görə, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Xəbər lenti

Xəbər lenti