...

Elman Nəsirov: Prezident İlham Əliyevin iqtisadi islahatlar siyasəti Azərbaycanın mövqeyini beynəlxalq reytinq cədvəlində möhkəmləndirib

Siyasət Materials 28 Sentyabr 2017 07:53 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə 37-ci yerdən 35-ci pilləyə yüksəlməsi alqışlanası nəticədir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, bu hesabatda bir sıra böyük dövlətlər də Azərbaycandan geri qalıb: "Məsələn Rusiya bu hesabatda 38-ci, Türkiyə 53-cü, İran 69-cu mövqedə qərarlaşaraq Azərbaycandan geridədir. Gürcüstan 67-ci, Ermənistan isə bu hesabatda 73-cü yerdədir. Yəni bunlar hamısı onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi islahatlar siyasəti Azərbaycanın mövqeyini beynəlxalq reytinq cədvəlində kifayət qədər möhkəmləndirib".

E.Nəsirovun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, onun rəqabət qabiliyyətinin gücləndirilməsi, idxaldan asılılığın zəiflədilməsi, sahibkarlığın inkişafına dəstək, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeridilən siyasət artıq öz bəhrəsini verməkdədir:

"İki il əvvəl həmin hesabatda Azərbaycan 40-cı yerdə idi, ötən il bu rəqəm 37 oldu, bu il isə artıq 35-ci yerdəyik. Bu onu göstərir ki, Azərbaycan iqtisadi inkişafda sürətlə irəliləyir. Prezidentin məqsədi ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti