...

Türkiyə Ədliyyə Nazirliyi: Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa getməsi məsələsi araşdırılır (ÖZƏL)

Siyasət Materials 29 Sentyabr 2017 16:18 (UTC +04:00)
Türkiyə vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağa getməsi məsələsi araşdırılır.
Türkiyə Ədliyyə Nazirliyi: Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa getməsi məsələsi araşdırılır (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağa getməsi məsələsi araşdırılır.

Bu barədə Trend-ə Türkiyə Ədliyyə Nazirliyindən verilən açıqlamada bildirilib.

Nazirlikdən bildiriblər ki, məsələyə tam aydınlıq gətirildikdən sonra Azərbaycan tərəfinə bu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E.Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti