...

Lukaşenko Azərbaycanın müdafiə naziri ilə hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib

Siyasət Materials 9 Oktyabr 2017 13:30 (UTC +04:00)

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Trend-in məlumatına görə, görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Belarus Prezidenti həmçinin, iki xalqın qardaşlıq münasibətlərini də vurğulayıb: “Biz azərbaycanlılara çox böyük hörmətlə yanaşırıq. Biz Azərbaycana və onun xalqına daha da firavan və təhlükəsiz yaşayışı üçün öz köməyimizi etməyə hazırıq. Biz yalnız bu nəcib məqsədləri izləyəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti