...

"Nursultan Nazarbayev. Həyat yolu" kitabı Azərbaycan dilində nəşr olunub (FOTO)

Siyasət Materials 14 Oktyabr 2017 13:21 (UTC +04:00)
Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin ömür yolundan bəhs edən "Nursultan Nazarbayev. Həyat yolu" kitabı Azərbaycan dilində nəşr olunub.
"Nursultan Nazarbayev. Həyat yolu" kitabı Azərbaycan dilində nəşr olunub (FOTO)

Bakı. Trend:

Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin ömür yolundan bəhs edən "Nursultan Nazarbayev. Həyat yolu" kitabı Azərbaycan dilində nəşr olunub.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan prezidenti Katibliyinin müdiri Mahmud Kasımbekovdur.

Kitabda Qazaxıstan prezidenti N.Nazarbayevin insanlara dərs ola biləcək təlatümlü və maraqlı həyatı, odla-alovla apardığı mübarizədən, ölkənin var olmasının ölüm-qalım savaşında yadellilər və böyük güclərlə olan mücadilələrindən danışılır. Kitabın içərisindəki sənədlər prezident N.Nazarbayevin şəxsi arxivindəki sənədlər və şəkillərdən ibarətdir.

Kitaba ön sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov yazıb.

Kitabı rus dilindən Azərbaycan dilinə Azərbaycan Ali Media Mükafatı Laureatı, İ.Qaspralı adına Beynəlxalq Türk Akademiyasının media mükafatı, publisist jurnalist, AZTV-nin Orta Asiya ölkələri üzrə müxbir bürosunun keçmiş rəhbəri Aida Eyvazova (Aida Eyvazlı Göytürk) tərcümə edib. Kitabın ərsəyə gəlməsinin məsləhətçiləri Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdıralı və fəlsəfə doktoru, Azərbaycan Milli Məclisinin deputatı Cavanşçir Feyziyevdir. Kitabın redaktoru Vəli Əkbərdir.

Hər iki dost ölkə arasındakı əlaqələri dəyərləndirən professor Ə.Həsənov kitaba yazdığı ön sözdə əsərin məziyyətlərindən danışaraq, həm də iki dost ölkənin qardaşlıq və dostluq münasibətlərini önə çəkib. Eyni taleyi yaşayan hər iki xalqın həyatında liderlərin danılmaz rolundan söhbət açıb. "Böyük qazax şairi O.Süleymenov ümummilli liderimiz Heydər Əliyev barədə xatirələrində onu iri hərflərlə USTAD deyə anırdı. Ümummilli liderimiz bu ünvana sadəcə, Azərbaycan tarixində oynadığı rola görə deyil, eyni zamanda Qazaxıstana və O.Süleymenov kimi aydınlara qarşı həyata keçirilən ədalətsizliklərə göz yummamasına görə layiq bilinib. İndi biz eyni ünvanı Türk dünyasının digər ağsaqqalı, qazaxların fəxrlə “Elbası” adlandırdıqları hörmətli Nursultan Nazarbayev haqqında da söyləyə bilərik".

Əli Həsənovun qeyd etdiyi kimi,Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsidir ki, hazırda Qazaxıstanda xalqlar və millətlər arasında möhkəm sülh, sabitlik hökm sürür, multikultural dəyərlər daşıyan funksional bir cəmiyyət formalaşmışdır. 130-dan artıq xalqın nümayəndələri, o cümlədən azərbaycanlılar vətəndaş sülhü və ümummilli həmrəylik şəraitində yaşayır və fəaliyyət göstərirlər.

"Nursultan Nazarbayev: həyat yolu kitabı bu ölkədə yaşayan azərbaycanlılar üçün də ana dilimizin qorunub saxlanması zəminində böyük bir hədiyyədir. Nəzərə alanda ki, Qazaxıstan Respublikası artıq latın əlifbasına keçid mərhələsindədir, Azərbaycan dilinə çevrilmiş kitabı qazax qardaşlarımızda yaxın vaxtlarda çox asanlıqla oxuya biləcklər. Astana və Almatı şəhərlərində kitabın təqdimatının həyata keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti