...

Deputat: Sülhə gedən yol yalnız işğal edilmiş ərazilərin azad edilməsindən keçir

Siyasət Materials 19 Oktyabr 2017 16:52 (UTC +04:00)
"İstərdik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən bir müzakirədə Azərbaycanın işğal altında olan ərazilərinin işğaldan azad edilməsi mövzüsü qoyulsun".
Deputat: Sülhə gedən yol yalnız işğal edilmiş ərazilərin azad edilməsindən keçir

Bakı. İlhamə İsabalayeva - Trend:

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən müzakirədə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi mövzusu qoyulmalıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda brifinqdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlikin "Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz" fikrini söyləməsi müsbət bir haldır:

Deputat qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq normalarının prinsipləri kobud şəkildə pozulub.

A.Mollazadənin sözlərinə görə, BMT-nin 4 məlum qətnaməsinin icrasına başlanıldıqdan sonra sülh mümkündür: "Sadəcə olaraq, beynəlxalq hüquqlara hörmət edilməlidir. Sülhə gedən yol yalnız işğal edilmiş ərazilərin azad edilməsindən keçir".

Qeyd edək ki, okyabrın 18-də ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçirilən brifinqdə 2013-2016-cı illərdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlik çıxış edib. O bildirib ki, Madrid prinsiplərinə əsaslanan altı elementın sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir.Birinci element Dağlıq Qarabağa müvəqqəti status verilməsindən ibarətdir. Onun qəti hüquqi statusu gələcəkdə tərəflərin qarşılıqlı razılığı ilə öz iradələrini ifadə etmələri vasitəsilə müəyyən olunacaq. İkinci element nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməsini, bu müddətdə təhlükəsizliyin minimal qarantiyasını və özünüidarəni nəzərdə tutur. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə mümkün ola bilməz. Dördüncü element Dağlıq Qarabağı Ermənistanla birləşdirən “Laçın dəhlizi”nin mövcud olmasını nəzərdə tutur. Bu dəhliz hərəkət etmək üçün kifayət qədər olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element təhlükəsizliyə beynəlxalq qarantiyaları, o cümlədən sülhyaratma əməliyyatını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti