...

YAP “Hərəyə bir ağac əkək” kampaniyasına start verdi (FOTO)

Siyasət Materials 11 Noyabr 2017 13:49 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib.
YAP “Hərəyə bir ağac əkək” kampaniyasına start verdi (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən “Hərəyə bir ağac əkək” kampaniyasının açılışında YAP-ın sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və YAP-ın çoxsaylı üzvləri iştirak ediblər.

Bakı ətrafında start verilən bu kampaniya Azərbaycanın hər bir bölgəsini əhatə etməklə, bütün yaşıllaşdırma mövsümü ərzində davam edəcək. 700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti