Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Trend-in məlumatına görə, iclasın gündəliyinə dəyişiklik olmayıb.
İclasda İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Notariat haqqında" və digər qanunlara əlavə və dəyişikliklər olmaqla 30 məsələnin müzakirə edilməsi nəzərdə tutulur.