...

Millət vəkili: NATO-nun Azərbaycana ehtiyacı var

Siyasət Materials 23 Noyabr 2017 16:07 (UTC +04:00)
NATO-nun Azərbaycana ehtiyacı var.
Millət vəkili: NATO-nun Azərbaycana ehtiyacı var

Bakı. Samir Əli - Trend:

NATO-nun Azərbaycana ehtiyacı var. Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, Azərbaycan bu təşkilat üçün bir neçə səbəbdən lazımlı ölkədir: "Birincisi, etibarlı tərəfdaşlıqdır. Belə ki, Əfqanıstana yüklər, humanitar yardımlar Azərbaycan üzərindən aparılıb. İkincisi, Qafqazda ən böyük, ən güclü dövlət də Azərbaycandır, ən güclü ordu da Azərbaycandadır. Ümumiyyətlə, NATO Xəzər dənizi ətrafında, xüsusən də qərb tərəfində güclənmək məsələsində Azərbaycana etibar edib. Bundan başqa, Azərbaycan İranın şimal sərhədində yerləşir, İran və Rusiya arasında yeganə dövlətdir ki, hər ikisi ilə sərhədi var. Buna görə də, Azərbaycan NATO-ya lazımdır".

T.Kərimli qeyd edib ki, Prezident İlham Əliyevin dünyada öz ölkəsində sabitliyi təmin edən bir dövlət xadimi kimi nüfuzu var: "Ümummilli lider Heydər Əliyevi bütün dünyanın tanıması, Prezident İlham Əliyevin ölkədə sabitliyi təmin edən bir dövlət başçısı kimi nüfuza malik olması və indiyə qədər istər Qərb, istərsə də başqa dövlətlər arasında heç bir ikili mövqe tutmaması NATO üçün çox önəmlidir".

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti