Bakı. Trend:
Azərbaycan qanunvericiliyi keçmiş narkotik istifadəçilərinin normal həyata qayıtmasına xidmət edir.
Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiya Dövlət Dumasında “Parlamentarilər narkotiklərə qarşı” Beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
Z.Əsgərov vurğulayıb ki, narkomaniya ilk növbədə sosial problemdir.
Vitse-spiker qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən narkotik asılılığından əziyyət çəkən şəxs ödənişsiz müalicəyə yollanır və cinayət məsuliyyətinə cəlb olunmur.