...

Səfir: Azərbaycan və Bolqarıstan təkcə dost yox, həm də strateji tərəfdaşdır

Siyasət Materials 5 Dekabr 2017 14:29 (UTC +04:00)
Azərbaycan və Bolqarıstan təkcə dost yox, həm də strateji tərəfdaşdır.
Səfir: Azərbaycan və Bolqarıstan təkcə dost yox, həm də strateji tərəfdaşdır

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Bolqarıstan təkcə dost yox, həm də strateji tərəfdaşdır.

Trend-in məlumatına görə, bunu “Bloomberg” telekanalına müsahibəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova deyib.

Onun sözlərinə görə, bu, 2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamədə öz əksini tapıb.

Səfir qeyd edib ki, Bolqarıstan Azərbaycanın Avropa İttifaqı bazarına çıxışı üçün vacib tərəfdaşıdır. Azərbaycan isə Bolqarıstanın Mərkəzi Asiya bazarlarına çıxmasında vacib rol oynayır.

N.Qurbanova vurğulayıb ki, ölkələr arasında enerji sahəsində əməkdaşlıq vacib amildir: “2020-ci ildə Azərbaycan qazının ilk hissəsi Bolqarıstana çatdırılacaq. Bu, Bolqarıstanın qaz tələbatının üçdə birinin ödənilməsinin təmin olunması üçün vacib addım olacaq”.

Səfir həmçinin qeyd edib ki, nəqliyyat sahəsi ölkələr arasında əməkdaşlığın vacib tərkib hissəsidir.

Bakı ilə Sofiya arasında “Buta Airways” aviaşirkəti tərəfindən 2018-ci ilin yanvarında açılması planlaşdırılan birbaşa reyslərdən danışan səfir, bunun hər iki istiqamətdə sərnişin daşımalarının mühüm artımına gətirib çıxaracağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti