...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi: Azərbaycan milli qürur mənbəyi kimi fəaliyyət göstərəcək

Siyasət Materials 24 Dekabr 2017 12:26 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi: Azərbaycan milli qürur mənbəyi kimi fəaliyyət göstərəcək

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - 1999-2007-ci illərdə Latviya Prezidenti Vayra Vike-Freyberqa, Dünya Bankının vitse-prezidenti İsmail Seragəldin və Mərkəzin İdarə Heyətinin üzvləri - 2000-2012-ci illərdə Finlandiya Prezidenti Tarya Halonen, 1996-2000-ci illərdə Rumıniya Prezidenti Emil Konstantinesku, 2004-2012-ci illərdə Serbiya Prezidenti Boris Tadiç, 1997-2002-ci illərdə Bolqarıstan Prezidenti Petar Stoyanov, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri Zlatko Laqumdziya, 2010-2015-ci illərdə Xorvatiya Prezidenti İvo Yosipoviç, 2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının baş katibi Əmr Musa, 2012-2017-ci illərdə Bolqarıstan Prezidenti Rosen Plevneliyev, ELPİDA təşkilatının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, 2007-2015-ci illərdə BMT baş katibinin müavini, BMT baş katibinin vasitəçilik üzrə Yüksək Səviyyəli Komitəsinin üzvü Noelen Heyzer Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əziz cənab Prezident. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirik.

Fürsətdən istifadə edərək, yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz möhkəm dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin rəhbərliyiniz sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cəmi beş il ərzində dünyada tanınmış institutlardan birinə çevrilib. Biz qəti əminik ki, Sizin rəhbərliyiniz və davamlı dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha da inkişaf edəcək və Azərbaycanın milli qürur mənbəyi kimi fəaliyyət göstərəcək.

Cənab Prezident, xahiş edirik bizim ən dərin hörmətimizi və ehtiramımızı qəbul edin. Sizinlə VI Qlobal Bakı Forumunda görüşümüzü səbirsizliklə gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti