...

Aİ ABAD-ın inkişafına bir milyon dollar ayıracaq

Siyasət Materials 26 Dekabr 2017 12:52 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Şəki-Zaqatala iqtisadi rayonunda ABAD-ın inkişafına təqribən bir milyon dollar ayıracaq.
Aİ ABAD-ın inkişafına bir milyon dollar ayıracaq

Bakı. Hüseyn Vəliyev - Trend:

Avropa İttifaqı (Aİ) Şəki-Zaqatala iqtisadi rayonunda ABAD-ın inkişafına təqribən bir milyon dollar ayıracaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov qeyd edib ki, layihə BMT-nin Bakı ofisi və Aİ ilə birgə əməkdaşlıq çərçivəsində 3 il ərzində həyata keçiriləcək:

"Avropa İttifaqı tərəfindən bu layihəyə qrant qismində təqribən bir milyon dollar ayrılacaq".

Qeyd edək ki, ABAD Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir. Layihənin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti