Bakı. Trend:
NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali baş komandanı general Kertis Skaparroti bu ay Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə Bakıda görüşəcək.
Trend-in məlumatına görə, bu barədə adı çəkilməyən Amerika və Avropanın vəzifəli şəxslərinə istinadən "BuzzFeed" portalı məlumat yayıb.
Məlumatda deyilir: "Bu ayın sonlarında Avropada Birləşmiş Silahlı Qüvvələrin Ali baş komandanı general Kertis Skaparrotti Azərbaycanda, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov ilə görüş keçirməlidir".