Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlanıb.
Trend-in məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov növbəti görüşün fevralın 20-dən sonra keçiriləcəyini bildirib.
Nazir müavini qeyd edib ki, əvvəlcə komissiya sədrləri və ekspertlər səviyyəsində geniş müzakirələr aparılacaq: "Görüş Bakıda olacaq, sonra isə Rusiya ilə sərhəd zonasında sərhəd nişanlarının qoyulması mərasimi keçiriləcək".
Gürcüstanla sərhədlərin delimitasiyasına gəlincə, X.Xələfov bununla bağlı görüşün tarixin hələ məlum olmadığını deyib.