...

Monteneqronun Baş naziri Azərbaycana səfər edəcək (ÖZƏL)

Siyasət Materials 2 Mart 2018 16:17 (UTC +04:00)
Monteneqronun Baş naziri Azərbaycana səfər edəcək.
Monteneqronun Baş naziri Azərbaycana səfər edəcək (ÖZƏL)

Bakı. Gülqız Muradova - Trend:

Monteneqronun Baş naziri Duşko Markoviç yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə açıqlamasında Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç bildirib.

Nazir qeyd edib ki, iki ölkə arasında münasibətlərin və əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsi ilə əlaqədar yaxın vaxtlarda Monteneqronun Baş naziri D.Markoviç və parlament sədri İvan Brayoviçin Azərbaycana səfəri təşkil olunacaq:

"Azərbaycanla Monteneqro arasında münasibətlər yüksək siyasi və işgüzar səviyyədədir. Dostluq münasibətlərimizin əsas səhifəsi 2013-cü ildə Monteneqro və Azərbaycan prezidentləri Filip Vuyanoviç və İlham Əliyevin imzaladığı dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamədir".

S.Darmanoviç qeyd edib ki, bu il Bakıda keçiriləcək iki ölkə arasında Birgə İqtisad Komitənin növbəti iclası, şübhəsiz ki, gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verəcək.

O əlavə edib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Podqoritsaya səfəri gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Monteneqro Prezidenti Filip Vuyanoviçin martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcəyi barədə məlumat verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti