...

Prezident İlham Əliyev mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarını artırdı

Siyasət Materials 3 Mart 2018 18:40 (UTC +04:00)
Prezident İlham Əliyev mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev  mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarını artırdı

Bakı. Trend:

Prezident İlham Əliyev mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncam mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti